SOĞAN YEMƏMİSƏN, İÇİN NİYƏ GÖYNƏYİR

dan. bir işdə qəbahəti olan, bunu gizlətməyə çalışan, lakin davranışda və danışıqda şüuraltı bunu büruzə verən adama müraciətlə deyilən ifadə.

SOĞAN OLSUN, NAĞD OLSUN
SOL GETMƏK
OBASTAN VİKİ
İçin sopkası
İçin sopkası — Xoaşen, Kamçatkada Aralıq silsilədə ən yüksək və vahid aktiv vulkan. Hündürlüyü 3621 metrdir. Andezit və dasit lavalarından təşkil olunmuşdur. Üç gümbəzli zirvəsi daimi qar və buzlaqlarla örtülüdür. Təqribən 3000 metr yüksəklikdə aktiv qaz çıxışları var.
Soğan
Soğan (lat. Allium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Qida məhsulu kimi mətbəxdə bişmiş və çiy halda istifadə edilir. Soğanın insan sağlığına çox böyük xeyri varmış. ABŞ-nin Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları nəticəsində bu qənaətə gəlmişdir ki, soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur. Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır Həzmi asanlaşdırır Bağırsağı təmizləyir Bədəndəki yaraların yaxşılaşmasını sürətləndirir Ürəyin funksiyasını gücləndirir Bütün bunlarla yanaşı soğanın antibakteriyal təsirindən istifadə edərək epidemik xəstəliklərin qarşısını almaq mümkündür. Bu zaman 300 qram soğanı əzdikdən sonra üzərinə 600 qram şərab əlavə edərək 100 qram balla qarışdırın və hər gün bir qaşıq istifadə edin. Allium ampeloprasum L. Mavi soğan (Allium caeruleum Pall.) Adi soğan (Allium cepa L.) Uzunerkəkcikli soğan (Allium macrostemon Bunge) Sarımsaq (Allium sativum L.) Qaya soğanı (Allium saxatile Bieb.) Parlaq soğan (Allium splendens Willd. ex Schult. et Schult.
Niyə O?
Niyə O? — bir 2016 Amerika romantik komediya filmidir. Bu film 23 dekabr 2016-cı il tarixində 20th Century Fox tərəfindən ABŞ-də yayımlandı.
Niyə? 2
Niyə? 2 – 2017-ci ilin Azərbaycan filmi. "Niyə?" filminin davamıdır. Filmin qəhrəmanı Asiman (Fərda Amin) Bakıya gəlir. O, babası haqqında eşitdiyi fikirlərdən sonra dostu İsabala ilə Şəkiyə nənəsinin yanına gedir. Filmin əsas süjet xətti iki dostun Şəkidə başlarına gələn maraqlı əhvalatlar üzərində qurulub. Film həmçinin "Park Cinema"da izləyici rəğbətini qazanıb və tamaşaçıların sevimlisinə çevrilib. Filmin çəkilişləri Şəkidə baş tutub.
Adi soğan
Adi soğan (lat. Allium cepa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Həmçinin, soğan sözü bu bitkinin qida kimi istehlak olunan soğanağı üçün də istifadə olunur. Bitkinin qida olaraq istifadə olunan, yaşıl torpaqüstü hissəsi yaşıl soğan (təzə soğan) kimi tanınır. Soğanın soğanağının diametri 15 sm-ə qədər olur, lay-lay nazik təbəqələrdən ibarətdir. Üst qabığı quru olub, sarı, bəzən də ağ və ya bənövşəyi rəngdə olur. Soğanağın daxili ətli hissəsi ağ, yaşılaçalan, yaxud bənövşəyi rəngdə olur. Adi soğanın yarpaqları borucuqşəkilli olub, tünd yaşıl rəngdədir.
Mavi soğan
Mavi soğan (lat. Allium caeruleum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Nerinyarpaq soğan
Nəhəng soğan
Nəhəng soğan (lat. Allium giganteum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Parlaq soğan
Parlaq soğan (lat. Allium splendens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Qara soğan
Qara soğan (lat. Allium nigrum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Soğan (Allioideae)
Soğan (cins)
Soğan bozbaşı
Bozbaş və ya Bozartma — Azərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü "bozardılmış aş" sözlərinin birləşməsindən əmələ gəlmişdir. 1 nəfərlik 150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir.
Soğan dolması
Soğan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. qoyun əti — 163 q, baş soğan — 178 q, düyü — 15 q, qoyun quyruğu — 20 q, ərinmiş yağ — 20 q, qatıq — 50 q, darçın — 0,1 q, istiot — 0,1 q, duz. Qiymə bibər dolmasında olduğu kimi hazırlanır. Lakin ona qızardılmış soğan qatılır. İri baş soğanın özəyi çıxarılıb içərisinə qiymə yerləışdirilir. Qazana yığıb azacıq bulyon əlavə edərək öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və yanına darçın qatılmış qatıq qoyulur.
Soğan milçəyi
Soğan milçəyi (lat. Delia antiqua) — buğumayaqlılar tipinin ikiqanadlılar dəstəsinin çiçək milçəkləri və ya gülçülər fəsiləsinə aid olan növ. Rəngi bozdur, kürəyində yaşıl ləkə vardır. Uzunluğu 5–7mm-dir. Yumurtası uzunsovdur, 1–1.1 mm-dir. Sürfəsi ayaqsızdır, ağ rənglidir, başı yoxdur, onu bir cüt kəlbətinvari çənə əvəz edir. Uzunluğu 10 mm-ə çatır. Qışlamadan çıxan dişi fərdlərin cinsiyyət məhsulları əksər hallarda hzır olur. Buna görədə az müddətdən sonra yumurta qoymağa başlayır. Yumurta topa halında, bir cərgədə qoyulur.
Soğan tortu
Soğan tortu (alm. Zwiebelkuchen‎) — Maya və ya acıtmalı xəmir,soğan, bekon, krem və zirə toxumundan Almaniyada hazırlanan tort.
Uzunerkəkcikli soğan
Uzunerkəkcikli soğan (lat. Allium macrostemon) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Yumrubaş soğan
Yumrubaş soğan (lat. Allium sphaerocephalon) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Çəhrayı soğan
Çəhrayı soğan (lat. Allium roseum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Üzüməbənzər soğan
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Qəribə soğan
Qəribə soğan, Pəl (lat. Allium paradoxum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın yaşıl zoğuna çox oxşayır və onun dadına bənzəyir. Hündürlüyü (5) 10-25 (30) sm-dir. Soğanağı yumurtaşəkilli və ya şarşəkilli olub, qalınlığı 1 sm-ə qədərdir və boz qınlıdır. Gövdəsi zəifdir, bir ədəd kökətrafı yarpağı vardır, onunla birgə rəngsiz dəriciyə oxşar qın geyinmişdir. Yarpaq demək olar ki, gövdəyə bərabərdir və ya ondan uzundur, xətvari neştərşəkillidir, eni 5-15 mm-dir, ortdan və ya aşağıdan qaidəsinə doğru daralmış və kütdür. Qını ağ rəngli, pərdəşəkillidir, qaidəsinə qədər iki uzunsov-neştərvari qanadlara bölünmüşdür, çətirdən qısadır. Çətirinin 1-5 (8) ədəd əyilən çiçək saplağı vardır, çox vaxt soğanaqla olur; çiçək saplağı çiçəklərə bərabər və yaxud ondan 1,5 dəfə uzun olur, çiçək altlığı yoxdur. Çiçək yanlığı enlizınqırova oxşar, tutqun-ağ rəngli olub,üzərində limon sarısı rəngdə çalarları vardır.
Üçfutluq soğan
Üçfutluq soğan (lat. Allium tripedale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir (CR A2c+3c; B2b (ii, iii, v)). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir, soğanağı şarvari, 1, 5 sm enindədir. Gövdə yoğun, bütöv, 50–80 sm hündürlüyündə, əsası sonuncu yarpağın ağ qını ilə örtülmüşdür. Yarpaqlar 10–15 mm enindədir. Çiçəkqrupu yarımkürəşəkilli, 4–5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından qısadır. Qutucuq dairəvi, üçtilli, çiçəkyanlığından 2 dəfə qısadır.
Soğan qübbəsi
Soğan qübbəsi — Soğan formasına bənzəyən günbəzdir. Bu qübbələrin diametri, ümumiyyətlə, üzərində qurulduqları günbəz barabanından daha böyükdür və uzunluqları çox vaxt enini üstələyir. Bu soğan formalı strukturlar hamar bir şəkildə bir nöqtəyə doğru daralır. Bu, Rusiya və Ukraynada eyni zamanda Almaniyanın kilsə günbəzləri üçün üstünlük təşkil edən formadır. O, müntəzəm olaraq Avstriya, Çexiya, Şimal-Şərqi İtaliya, Şərqi Avropa, Moğol İmperiyası, Yaxın Şərq və Mərkəzi Asiyada tikilmişdir. Soğan qübbələrinin niyə və nə vaxt rus memarlığının tipik xüsusiyyətinə çevrildiyi tam aydın deyil. Bizans kilsələri və Kiyev arxitekturası günbəz nağarasının üzərində ucaldılmış xüsusi damı olmayan daha böyük, daha düz günbəzləri ilə tanınırdı. Bu qədim formadan fərqli olaraq, sac və ya plitələrlə örtülmüş rus kilsəsinin hər bir günbəz nağarası xüsusi metal və ya taxta konstruksiya ilə örtülmüşdür. On doqquzuncu əsrin sonlarında I Pyotrun hakimiyyətinə qədərki əksər rus kilsələrində soğan formalı günbəzlər var idi. Ən böyük soğan qübbələri XVII əsrdə böyük ampülləri ilə məşhur olan Yaroslavl ətrafındakı bölgədə əkilmişdir.
Bulud niyə ağlayır?
Bulud niyə ağlayır? qısametrajlı cizgi filmi rejissor Məsud Pənahi tərəfindən 1973-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Qədim əfsanədə quraqlıq nəticəsində cadar-cadar olmuş torpağa yenidən həyat verməklə insanların köməyinə gələn bulud-qız haqqında bəhs edilir. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında filmə I mükafat verilmişdir. == Məzmun == Bu filmin mövzusu milli folklorumuzdan götürülmüşdür. Təsviri həlli klassik şərq miniatürünə əsaslanır. Qədim əfsanədə quraqlıq nəticəsində cadar-cadar olmuş torpağa yenidən həyat verməklə insanların köməyinə gələn bulud-qız haqqında bəhs edilir. == Festival və mükafat == 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında filmə I mükafat verilmişdir. == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография.
Sən niyə susursan?
Sən niyə susursan? — Həsən Seyidbəylinin filmi. Filmdə mürəkkəb əxlaqi problemlər qaldırılır, şərəfsizlik, biganəlik, möhtəkirlik kimi mənfi keyfiyyətlərə qarşı mübarizəyə çağırış səslənir. Film aktrisa Əminə Yusifqızının kinoda ilk roludur. Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Həsən Seyidbəyli Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Tofiq Quliyev Rejissor: Rasim Ocaqov Səs operatoru: Əziz Şeyxov Mahnı ifa edən: Gülağa Məmmədov (titrlərdə yoxdur) Xəyal Axundzadə — Rasim Rəna Səlimova — Cəmilə Yusif Vəliyev — Şirməmməd Zemfira Sahilova — Sürəyya Oleq Xabalov — Nəcəf Məmmədsadıq Nuriyev — arıq Kamil Qubuşov — bəbir Həsənağa Turabov — milis mayoru Ağarza Quliyev — kənd müəllimi Fazil Salayev — qatil Sadıq Hüseynov — sahə müvəkkili Mirzə Babayev — birinci avtomüfəttiş Eldar Əliyev — ikinci avtomüfəttiş Amaliya Pənahova — uşaqlı qadın M.Vasilixin H.Əliyev Ziya Seyidbəyli - Arıqın oğlu Məryəm Seyidbəyli — şagird Əminə Yusifqızı Ş.Bağırova Süsən Məcidova — bəbirin yanında işləyən qadın Məmməd Sadıqov — qarmon çalanın atası Həsən Əbluc — Rasim (Xəyal Axundzadə) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Cəmilə (Rəna Səlimova) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — birinci avtomüfəttiş (Mirzə Babayev) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — kənd müəllimi (Ağarza Quliyev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — milis işçisi (titrlərdə yoxdur) Seyidbəyli, H. "Sən niyə susursan?" ["Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi eyniadlı kinofilm haqqında] //Kino yenilikləri.- 1967.- 11–20 sentyabr. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.

Digər lüğətlərdə